Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb.
Hadisə
15 Fevral , 2024 10:35
Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində aşkar olunan 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb.

Həmçinin ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 16 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 90 ədəd patron təhvil götürülüb. Keçirilən tədbirlərlə qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 4 patron darağı və 116 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Son xəbərlər

Orphus sistemi