Ötən gün ölkədə borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılıb

Ötən gün ölkədə borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılıb Bakı. 19 aprel. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
19 Aprel , 2018 09:07
Ötən gün ölkədə borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi