Ötən gün Azərbaycanın 4 rayonunda çətənə kolu əkilməsi aşkarlanıb

Ötən gün Azərbaycanın 4 rayonunda çətənə kolu əkilməsi aşkarlanıb Ağstafada 800 ədəd çətənə kolu məhv edilib
Hadisə
15 İyul , 2017 13:31
Ötən gün Azərbaycanın 4 rayonunda çətənə kolu əkilməsi aşkarlanıb

Bakı. 15 iyul. REPORT.AZ/ Ötən gün Azərbaycanda külli narkotik maddə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, iyul ayın 14-də Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Həzi Aslanov qəsəbəsi ərazisindən yabanı halda bitən 800 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Yevlax RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Gülövşə kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Astara RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini Sevinc Məmmədovanın yaşadığı evə baxış zamanı 117 qram heroin, 137 qram tiryək və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Xaçmaz RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Qadıyevə məxsus evə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Ağdaş RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binələr kəndində yaşayan Tahir Səfərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Maksime Qobuladzedən 4 kiloqram 700 qram marixuana götürülüb.

Son xəbərlər

Orphus sistemi