Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda martın 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələrin statistikası açıqlanıb.
Hadisə
31 Mart , 2018 09:32
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda martın 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələrin statistikası açıqlanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi