Ötən gecə Bakıda baş verən yanğında zəhərlənən polis mayoru hospitala yerləşdirilib

Ötən gecə Bakıda baş verən yanğında zəhərlənən polis mayoru hospitala yerləşdirilib Bakı. 11 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi ötən gecə Binəqədidə baş verən yanğınla bağlı məlumat yayıb.
Hadisə
11 Noyabr , 2017 12:47
Ötən gecə Bakıda baş verən yanğında zəhərlənən polis mayoru hospitala yerləşdirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi ötən gecə Binəqədidə baş verən yanğınla bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, Nazirliyin rəsmi saytında yayılan məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.

FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi