Oğuzda vətəndaşlardan silah-sursat götürülüb

Oğuzda vətəndaşlardan silah-sursat götürülüb Bakı. 23 may. REPORT.AZ/ Oğuz Rayon Polis Şöbəsinə iki nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub.
Hadisə
23 May , 2018 12:30
Oğuzda vətəndaşlardan silah-sursat götürülüb
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Oğuz Rayon Polis Şöbəsinə iki nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub.

DİN-dən "Report"a verilən məlumata görə, həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə “Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.

Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi