Oğuzda usta təmir zamanı evin damından yıxılaraq ağır xəsarət alıb
Hadisə
- 20 dekabr, 2018
- 11:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Oğuz. 20 dekabr. REPORT.AZ/ Oğuz rayonunda usta təmir zamanı yıxılaraq ağır xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
Belə ki, yerli sakin, 1972-ci il təvəllüdlü Vüqar Şakir oğlu Şabanov yeni tikilən evin damında təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan yaralı dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, xəstəyə sağ bud çanaq oynağının çıxığı və bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:02
Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
Maliyyə
17:50
Aİ Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq Rusiya qazının idxalını istisna edir
Digər ölkələr
17:48
"Şəfa" Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb
Futbol
17:47
NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
Maliyyə
17:42
Qafqaz Media Forumunda rəqəmsal transformasiya və yeni kommunikasiya modelləri müzakirə edilib
Media
17:39
Foto
"İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Mədəniyyət siyasəti
17:36
Zakir Əhmədov: "Yeni skorinq məhsulu müştərilərin ödəniş davranışlarının təhlilinə imkan verəcək"
Maliyyə
17:32
Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv
Xarici siyasət
17:30
Fond: İpoteka kreditində SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək
Maliyyə