Oğuzda qəza oldu, xəsarət alanlar var - YENİLƏNİB
- 27 mart, 2020
- 10:08
Oğuz rayonunda baş verən yol qəzası zamanı xəsarət alan şəxslərin adalrı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 4 nəfər, Oğuz rayon sakinləri Qəmbərov Adil Hikmət oğlu, Hüseynov Rəsul Ədalət oğlu, Vəliyev Kərim Mehman oğlu və Cabbarov Mirheydər Əlövsət oğlu müxtəlif müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıblar.
*** 07:23
Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki yolunun rayonun Bucaq kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
Belə ki, "Changan" və "UAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan birinə hadisə yerində tibbi yardım göstərilib, digər şəxs isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.