Oğuzda minik avtomobili ilə at arabası toqquşub, heyvan tələf olub, sahibi xəsarət alıb

Hadisə
  • 02 mart, 2022
  • 13:45
Oğuzda minik avtomobili ilə at arabası toqquşub, heyvan tələf olub, sahibi xəsarət alıb

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili at arabası ilə toqquşub.

Nəticədə at arabasının sahibi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı at isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi