Oğuzda aşan ağaca görə bağlanan magistral yolda hərəkət bərpa olunub 

Oğuzda aşan ağaca görə bağlanan magistral yolda hərəkət bərpa olunub  Oğuz rayonunda külək fəsadlar törədib.
Hadisə
4 İyun , 2023 01:33
Oğuzda aşan ağaca görə bağlanan magistral yolda hərəkət bərpa olunub 

İri gövdəli ağac yük avtomobili vasitəsi ilə yoldan çıxarılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, iri gövdəli ağacın aşması nəticəsində bağlanan Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda hərəkət bərpa olunub.

Belə ki, güclü külək nəticəsində yolun hərəkət hissəsinə aşan ağacın gövdəsi yük avtomobilinə qoşularaq yoldan kənarlaşdırılıb. Nəticədə bir saata yaxın bağlı qalan yol açılıb.

01:14

Oğuz rayonunda külək fəsadlar törədib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün gecə saatlarında Oğuz rayonunda əsən güclü külək nəticəsində iri gövdəli ağac magistral yola aşıb.

Nəticədə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsi bağlanıb. Bundan başqa, aşan ağac elektrik naqillərini də qırıb, yaxınlıqda yaşayan 20 ailəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda aşan ağaca görə, avtomobillər yolda qalıb. Ağacın yoldan götürülməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi