Oğuzda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Oğuzda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
12 İyun , 2019 16:31
Oğuzda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Yaqublu kəndi ərazisində, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

Qəza zamanı 1 nəfər sərnişin - rayonun Yaqublu kənd sakini, 1987-ci il təvəllüdlü Hüseynov Samir Ədalət oğlu aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb. Hadisə zamanı 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. faktla bağlı araşdırmalara başlanılıb. 



*** 14:28

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "VAZ-2107" markalı 48-BE-233 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə 5 nəfər olub. Onlardan birinin öldüyü bildirilir.

Yaralanan şəxslər isə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi