Oğuzda yol qəzasında xəsarət alan əcnəbilərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Oğuzda yol qəzasında xəsarət alan əcnəbilərin şəxsiyyəti məlum olub - YENİLƏNİB Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
14 Oktyabr , 2024 20:04
Oğuzda yol qəzasında xəsarət alan əcnəbilərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Oğuzda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlar - sürücü Oğuz rayon sakini 1961-ci il tələvəllüdlü Rəhmətov Məhəmməd, Səudiyyə Ərəbistanı vətandaşları 1985-ci il təvəllüdlü Alamri Əhməd Hassan və 1987-ci il təvəllüdlü Hakami Ali Qumayrıdır.

18:00

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi