Oğuzda 56 yaşlı kişini avtomobil vuraraq öldürüb

Oğuzda 56 yaşlı kişini avtomobil vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Mart , 2021 15:58
Oğuzda 56 yaşlı kişini avtomobil vuraraq öldürüb
0 : 00
0 : 00

Oğuz rayonunda piyadanı avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Çingiz Abdurrəhman oğlu Tahirovu vurub. 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi