Oğuz sakini elektrik mişarı ilə ayağını kəsib

Hadisə
  • 24 fevral, 2019
  • 11:44
Oğuz sakini elektrik mişarı ilə ayağını kəsib

Oğuz. 24 fevral. REPORT.AZ/ Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Muxas kəndində baş verib.

Həmin kəndin 1989-cu il təvəllüdlü sakini Allahverdiyev Tərlan Knyaz oğlu bağda elektrik mişarı ilə ağacları budayarkən ehtiyatsızlıqdan ayağını kəsib.

Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Allahverdiyevə sol ayağın kəsilmiş yarası diaqnozu qoyulub.