Nizami rayonunda ağacların kəsilərək tikinti aparılmasının qarşısı alınıb

Nizami rayonunda ağacların kəsilərək tikinti aparılmasının qarşısı alınıb "Report"un və ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ağacların kəsilməsinin qarşısı alınıb
Hadisə
19 Avqust , 2021 12:33
Nizami rayonunda ağacların kəsilərək tikinti aparılmasının qarşısı alınıb

"Report"un və ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ağacların kəsilməsinin qarşısı alınıb

Artıq Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yaşıllıq sahəyə tökülmüş mişar daşları ərazidən yığışdırılıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat katibi İradə İbrahimova bildirib.

Xatırladaq ki, "Report" İnformasiya Agentliyinin və ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ağacların kəsilməsinin qarşısı alınıb.

11:02

Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev 31 ünvanında yaşayan sakinlər binanın həyətindəki ağacların kəsilmə təhlükəsindən narahatdır.

Sakinlərdən “Report”a daxil olan müraciətdə bildirilib ki, ərazidəki ağacların kəsilərək yerində tikinti işi aparılması üçün işlər görülür. Artıq sözügedən ünvana tikinti üçün materiallar da gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparılacağı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı yaşıllıq əraziyə mişar daşının tökülməsi faktı qeydə alınıb: "Ərazidə 14 müxtəlifcinsli ağacın olduğu müəyyən edilib. Ağaclar tərəfimizdən qeydiyyata alınaraq nəzarətə götürülüb. Hazırda torpaq sahəsinin mənsubiyyəti və kimin mülkiyyətinə verilməsi istiqamətində araşdırmalar aparılır".

Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov da “Report”a bildirib ki, ağacların kəsilməsi təhlükəsi ilə bağlı ərazidə yaşayan sakinlərdən müraciət daxil olub:

“Məsələni öyrənən kimi dərhal müdaxilə etdik və tikilinin qanunsuz olduğu ortaya çıxdı. Özünü idmançı kimi təqdim edən şəxs ağacları kəsdirib yerində tikinti aparmaq istəyirdi. Lakin operativ müdaxiləmiz nəticəsində iş dayandırıldı. Hazırda tikinti materialları ərazidən götürülür”.

Son xəbərlər

Orphus sistemi