Yuxarı

İki gənc barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Onlar, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Xətai Rayon Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
"Report"un məlumatına görə, onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Q.İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

*** 15:43

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Xətai Rayon Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bayram Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

"Report"un məlumatına görə, onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Qiyas İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi