Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib

Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib 3-cü mərtəbədə yerləşən mənzilin iki otağı yanıb
Hadisə
24 Yanvar , 2016 20:45
Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib

Bakı. 24 yanvar. REPORT.AZ/ Axşam saatlarında Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzildə qeydə alınıb.

Nəticədə mənzilin mətbəxində yanar konstruksiyalar, mətbəx əşyaları 5 kv.m sahədə, 1 otağında çarpayı və yataq dəsti 2 kv.m sahədə yanıb.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:02-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi