Nəsimi Paşayev: "Bakı metrosu belə hadisə olarkən polisə müraciət edir"

Nəsimi Paşayev: "Bakı metrosu belə hadisə olarkən polisə müraciət edir" "Odur ki, zərərçəkənlər də stansiyaya çatdıqda polisə müraciət etməlidirlər"
Hadisə
30 Mart , 2017 11:35
Nəsimi Paşayev: Bakı metrosu belə hadisə olarkən polisə müraciət edir

Bakı. 30 mart. REPORT.AZ/ Ötən gün Bakı metrosunda qucaqlaşaraq, öpüşməyə cəhd edən gənclərin hərəkətlərinə sərt reaksiya verən azərbaycanlı jurnalistin "facebook"da yazdığı status sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda ictimai asayişə riayət olunması məsələlərinin hansı şəkildə tənzimlənməsinə münasibət bildirib. O, "Report"a açıqlamasında deyib ki, Bakı metrosu belə hadisə olarkən polisə müraciət edir: "Odur ki, zərərçəkənlər də stansiyaya çatdıqda polisə müraciət etməlidirlər".

Xatırladaq ki, ötən gün X.Səfəroğlu metroda baş verən hadisə ilə bağlı belə bir status yazıb: "Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan... Oğlan onun başını sığallayır, qız onun üzünü sığallayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala,... heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar. Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin yox!"

Son xəbərlər

Orphus sistemi