Yuxarı

"Nəsimi bazarı" yaxınlığında orta yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub

Hadisəni törədən şəxs qaçıb

Bakı. 7 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report"un xəbərinə görə, "Nəsimi bazarı" kimi tanınan ərazi yaxınlığında 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlunun Elmar adlı şəxslə mübahisəsi düşüb.

Nəticədə X.Kələntərova beş bıçaq zərbəsi vurulub. Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Hadisəni törədən şəxs oradan qaçıb. O, taksi sürücüsü kimi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi