Nərimanov Bələdiyyəsi “Karvan MTK”nı məhkəməyə verib

Nərimanov Bələdiyyəsi “Karvan MTK”nı məhkəməyə verib Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
24 Oktyabr , 2017 17:11
Nərimanov Bələdiyyəsi “Karvan MTK”nı məhkəməyə verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayon Bələdiyyəsi “Karvan MTK”nı məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bələdiyyə müqaviləyə xitam verilməsi və ərazinin cavabdeh tərfindən boşaldılaraq iddiaçıya qaytarılması barədə tələb irəli sürüb.

Məhkəmə iddia tələbini təmin etməyib.

Həmin qərardan narazı qalan Nərimanov rayon Bələdiyyəsi apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi