Neftçalada motosikl piyadanı vurub

Neftçalada motosikl piyadanı vurub 51 yaşlı Azər Salahov müxtəlif dərəcəli xəsarət alıb
Hadisə
26 Avqust , 2016 08:31
Neftçalada motosikl piyadanı vurub

Neftçala. 26 avqust. REPORT.AZ/ Neftçala rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Qaramanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 51 yaşlı Azər Həsən oğlu Salahov evə qayıdarkən onu motosikl vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Azər Salahov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım alan yaralı xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi