Neftçalada yanğın zamanı 1 nəfər ağır xəsarət alıb

Neftçalada yanğın zamanı 1 nəfər ağır xəsarət alıb Hadisə səhər saatlarında baş verib
Hadisə
28 Mart , 2017 08:10
Neftçalada yanğın zamanı 1 nəfər ağır xəsarət alıb

Neftçala. 28 mart. REPORT.AZ/ Səhər saatlarında Neftçala rayonunun Astanlı kəndində fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə zamanı evdən çıxa bilməyən 23 yaşlı Vüqar Taleh oğlu Tağıyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı təcili Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona 3-cü dərəcəli texniki yanıq diaqnozu qoyulub və yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Gəncin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi