Yuxarı
    Bağlamaq

    ​Neftçalada 78 yaşlı kişi özünü üzüm tənəyindən asaraq intihar edib

    O, qoyun-quzunu örüşə buraxdıqdan sonra özünə qəsd edib

    Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Neftçala rayonunda intihar hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə Qədimkənddə qeydə alınıb.

    Kəndin 1937-ci il təvəllüdlü sakini Ağayev Əlihüseyn Əziz oğlu səhər saatlarında qoyun-quzunu tövlədən çıxarıb örüşə buraxdıqdan sonra özünü həyətdəki üzüm tənəyindən asaraq intihar edib.

    İntiharın səbəbləri hələ ki, məlum deyil.

    Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi