​Neftçalada 58 yaşlı kişini əqrəb sancıb

​Neftçalada 58 yaşlı kişini əqrəb sancıb Xəstənin vəziyyətinin stabil olduğu bildirilir
Hadisə
7 İyun , 2016 14:29
​Neftçalada 58 yaşlı kişini əqrəb sancıb

Neftçala. 7 iyun. REPORT.AZ/ Neftçala rayonunda 58 yaşlı kişini əqrəb sancıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun İkinci Qaralı kəndində baş verib. Mübariz Böyükağa oğlu Babayev təsərrüfat işləri ilə məşğul olarkən onu əqrəb sancıb. 

Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Babayevə zəhər əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. 

Xəstənin vəziyyətinin stabil olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi