Neftçalada 19 yaşlı oğlan özünü asaraq intihar edib - YENİLƏNİB

Neftçalada 19 yaşlı oğlan özünü asaraq intihar edib - YENİLƏNİB Neftçala rayonunun Qaraqaşlı kəndində özünü asaraq intihar edən gənc oğlanın şəxsiyyəti məlum olub.
Hadisə
9 İyul , 2019 03:04
Neftçalada 19 yaşlı oğlan özünü asaraq intihar edib - YENİLƏNİB

Neftçala  rayonunun Qaraqaşlı kəndində özünü asaraq intihar edən gənc oğlanın şəxsiyyəti məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, kənd sakini, 2000-ci il təvəllüdlü Məlikov Həsən Qulu oğlu gecə saatlarında yaşadığı evdən bayıra çıxıb. 

Evdəkilərin yatmasından istifadə edərək həyətdəki tut ağacından özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.

İntiharın səbəblri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 01:23

Neftçala rayonunda intihar hadisəsi olub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaraqaşlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan özünü yaşadığı evin həyətindəki yarımtikilidə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi