Neftçala sakini traktorun altında qalaraq ölüb
Hadisə
- 24 avqust, 2017
- 15:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Neftçala. 24 avqust. REPORT.AZ/ Neftçala rayonunda bədbəxt hadisə baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 64 yaşlı İbad Əliağa oğlu Rzayev idarə etdiyi "Jiquli” markalı avtomobillə hərəkətdə olarkən 25 yaşlı həmkəndlisi Şamil Xaqani oğlu Quliyev idarə etdiyi traktorun altında qalıb. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarında təmir işləri aparan traktor avtomobilə doğru hərəkət edib. “Jiquli”nin sürücüsü xilas olmaq üçün avtomobilin qapısını açıb bayıra atılmaq istəyərkən traktorun altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:23
"Azər-Türk Bank" "atb friday" kampaniyasına start verdi
Maliyyə
10:23
Ramin Məmmədov: Dini biliklərin düzgün mənimsənilməsində qadınların fəallığı çox əhəmiyyətlidir
Din
10:22
Zakir Nuriyev: "Süni intellekt bankçılıqda dələduzluğun aşkarlanmasında geniş imkanlar yaradır"
Maliyyə
10:20
Səudiyyə Ərəbistanı liqasında əcnəbi futbolçu limiti ləğv edilə bilər
Futbol
10:20
Editor.az 14 yaşını qeyd edir
Media
10:18
DSMF: 10 ayda 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub
Maliyyə
10:14
Bakıda avtobuslarla sərnişindaşıma 8 %-dən çox artıb
İnfrastruktur
10:14
Nurullah Bakır: "Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər"
Maliyyə
10:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Daxili siyasət