Nazirlik: Şirvanda zavodda baş verən partlayışda xəsarət alanlardan dördü evə buraxılıb

Nazirlik: Şirvanda zavodda baş verən partlayışda xəsarət alanlardan dördü evə buraxılıb Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb
Hadisə
27 İyul , 2016 10:31
Nazirlik: Şirvanda zavodda baş verən partlayışda xəsarət alanlardan dördü evə buraxılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyi Şirvan “Araz” zavodunda baş verən partlayışda xəsarət alanlarla bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb: “İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir. Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir”.

Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi