Naxçıvanın daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Naxçıvanın daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib Naxçıvan daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Hadisə
18 mart 2023 14:47
Naxçıvanın daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Naxçıvan daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Tədbirdə Vətən müharibəsinin 11 iştirakçısı, şəhid ailəsinin 5 üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Son xəbərlər

Orphus sistemi