Yuxarı
    Bağlamaq

    ​Naxçıvan şəhər sakini tapdığı silah-sursatı təhvil verib

    Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb

    Bakı. 2 aprel. REPORT.AZ/ Naxçıvan şəhər sakini silah-sursat tapıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Belə ki, şəhər sakini Zahir Tağıyev tapdığı “TOZ-8”, “A”, “İJ-16”, “N” və “Ortsan” markalı nömrəsi silinmiş ov tüfənglərini, “Vezirhan” markalı qaz tapançasını və ona aid 30 ədəd patronu, “RQD-5” əl qumbarası alışdırıcısı ilə birgə, 2 ədəd avtomat darağını və 272 ədəd patronu könüllü olaraq Naxçıvan Şəhər Mühafizə Şöbəsinə təhvil verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi