Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub Konstantinov 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
21 İyul , 2016 13:14
Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Vitaliy Konstantinovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Konstantinov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Konstantinov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, V.Konstantinov əvvəllər də bir neçə dəfə həbs edilib.

Son xəbərlər

Orphus sistemi