​Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub

​Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
27 Aprel , 2016 13:27
​Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Saray qəsəbə sakini P.Əliyev ötən il Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlayıb. Polisin sərxoş sandığı şəxsin narkotik maddənin təsiri altında olduğu müəyyənləşdirilib. Onun üzərinə baxış keçirilərkən cibindən şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanıb. P.Əliyev polis bölməsinə gətirilib. O, narkotik vasitəni tanımadığı adamdan aldığını bildirib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi