Nabranda dənizdə batan qız 20 dəqiqədən sonra sudan sağ çıxarılıb

Nabranda dənizdə batan qız 20 dəqiqədən sonra sudan sağ çıxarılıb Onun vəziyyəti normaldır
Hadisə
24 Avqust , 2016 13:57
Nabranda dənizdə batan qız 20 dəqiqədən sonra sudan sağ çıxarılıb

Xaçmaz. 24 avqust. REPORT.AZ/ Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.

Bu barədə “Report”un Şimal bürosu məlumat verib.

Məlumata görə, Quba rayon sakini 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb. 

F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan “Report”a bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi