Nabranda yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB

Nabranda yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran kəndindəki biçilməmiş əkin sahələrində qeydə alınıb.
Hadisə
17 İyun , 2021 19:08
Nabranda yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB
0 : 00
0 : 00

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

16:04

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran kəndindəki biçilməmiş əkin və meşə sahələrində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon hissəsinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub. Daha sonra 30 hektar əkin sahəsindəki yanğın söndürülüb.

Meşəlik ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi