Mustafa Cecelinin Bakıda oxuduğu restoranın sahibi cərimələndi

Mustafa Cecelinin Bakıda oxuduğu restoranın sahibi cərimələndi Daxili İşlər Nazirliyi “İstanbul Meyhane Bilgah” restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Hadisə
2792
8 İyun , 2021 12:47
Mustafa Cecelinin Bakıda oxuduğu restoranın sahibi cərimələndi

Daxili İşlər Nazirliyi (DİN) “İstanbul Meyhane Bilgah” restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə restoran sahibi cəzalandırılıb.

O qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:

“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib.

Son xəbərlər

Orphus sistemi