Bakıda müəllimi hədələyən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda müəllimi hədələyən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
2 Fevral , 2019 15:33
Bakıda müəllimi hədələyən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov Səkinə Hümbətovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin mart ayında Bakı şəhər sakini Y.Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı S.Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 182.21-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Zalov 5 il azadlıqdan məhrum edilib, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş S.Hümbətovaya isə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir. 

Son xəbərlər

Orphus sistemi