Müdafiə Nazirliyi (MN) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin 1-14 aprel tarixləri ərzində MN mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizlənmiş, 71 ədəd PHS aşkarlanıb.
"Report"un xəbərinə görə, bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.
Qeyd olunub ki, təsdiq edilən tədbirlər planına əsasən sifariş olunan layihələrdən 19-u artıq yekunlaşıb, 14 layihə üzrə isə işlərin davam etdirilir.
Ümumilikdə, MN tərəfindən 15 026 ha ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 635 ədəd mina və PHS-in zərərsizləşdirilməsi vurğulanıb.