Mübariz Qurbanlı Neftçalada vətəndaş qəbulu keçirib

Mübariz Qurbanlı Neftçalada vətəndaş qəbulu keçirib Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb
Hadisə
29 Noyabr , 2017 14:55
Mübariz Qurbanlı Neftçalada vətəndaş qəbulu keçirib

Bakı. 29 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçalada vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda komitə sədri Mübariz Qurbanlı Neftçala, Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Vətəndaşlar, əsasən, dini icmaların fəaliyyəti, dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi, məscidlərin dini təyinatlı kitablarla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi