Mozır neft emalı zavodunda yanğın olub

Mozır neft emalı zavodunda yanğın olub Yanğının söndürülməsinə 15 yanğınsöndürən maşın cəlb olunub
Hadisə
19 Dekabr , 2016 13:40
Mozır neft emalı zavodunda yanğın olub

Bakı. 19 dekabr. REPORT.AZ/ Şənbə günü Belarusun Qomel vilayətində, Mozır neft emalı zavodunun ərazisində yanğın baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının söndürülməsinə 15 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər 50 kv.m ərazidə yanan vakuum qazoylu aşkar ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnoloji proses də zərər görməyib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

İngilis versiyası Fire hits Mozyr oil refinery

Son xəbərlər

Orphus sistemi