Moskvada yaşayış kompleksində partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən məlumat verilib.
İlkin məlumatlara görə, partlayış "Layner" yaşayış kompleksində qeydə alınıb.
Partlayış binanın sonuncu, 15-ci mərtəbəsində olub. Ölən və yaralananlar olmayıb.
Hadisənin soyuducu təmiri zamanı baş verdiyi bildirilir.