​Moskvada azərbaycanlılara hücum edən neo-nasistlərə hökm oxunub

​Moskvada azərbaycanlılara hücum edən neo-nasistlərə hökm oxunub Onlar irqi ayrıseçkilik, nifrət və düşmənçilik yaratmaqda müqəssir biliniblər
Hadisə
4 İyul , 2016 22:09
​Moskvada azərbaycanlılara hücum edən neo-nasistlərə hökm oxunub

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Moskvanın Şerbinski Məhkəməsi neo-nasist gənclər qruplaşmasının üzvü olan 12 nəfəri 10 ildən çox olmamaqla müxtəlif müddətlərə həbs cəzasına məhkum edib.

"Report"un xəbərinə görə, məhkəmə müəyyən edib ki, əksəriyyətini yetkinlik yaşına çatmayanların təşkil etdiyi qruplaşma üzvləri, xüsusilə Azərbaycan, Özbəkistan, Gürcüstan və Buryattidən gələn şəxslərə hücum ediblər.

Onlar, həmçinin Qurani Kərimi yandırmaq, videosunu internetə qoyaraq müsəlmanları İslamdan dönməyə məcbur etməklə də məşğul olublar.

Gənclərin cinayətkar əməlləri sayəsində bir nəfər irqi ayrıseçkilik zəminində həyatını itirib. Qrupa başçılıq edən 23 yaşlı Aleksandr Sokolov ən çox – 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yeniyetmələri irqi ayrıseçkilik zəminində sağlamlığa qəsdən xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olma, həmçinin milli ədavət zəminində nifrət və düşmənçilik yaratmaqda müqəssir bilib.

Son xəbərlər

Orphus sistemi