Azərbaycan gömrükçüləri mobil telefonlara məxsus 154 ekran müsadirə ediblər

Azərbaycan gömrükçüləri mobil telefonlara məxsus 154 ekran müsadirə ediblər Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Xanoba gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan ölkə vətəndaşının idarə etdiyi Mercedes Benz 313 CDI markalı nəqliyyat vasitəsinə baxış keçirilib.
Hadisə
20 Dekabr , 2018 12:18
Azərbaycan gömrükçüləri mobil telefonlara məxsus 154 ekran müsadirə ediblər
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz 313 CDI" markalı nəqliyyat vasitəsinə baxış keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, keçirilmiş gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, eləcə də ön panelin örtüyünün arxasındakı boşluqdan və əl əyləcinin altından 16 qutuda 154 ədəd "Samsung" markalı mobil telefonlara məxsus ekran aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi