Minik avtomobilinin sürücüsü “BakuBus” avtobusu üçün qəza şəraiti yaradıb

Minik avtomobilinin sürücüsü “BakuBus” avtobusu üçün qəza şəraiti yaradıb Bakı. 25 iyul. REPORT.AZ/ “BakuBus” MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb.
Hadisə
25 İyul , 2018 11:17
Minik avtomobilinin sürücüsü “BakuBus” avtobusu üçün qəza şəraiti yaradıb
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ “BakuBus” MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb.

“Report”a MMC-dən verilən məlumata görə, 1 nömrəli marşrut xətti üzrə “28 May” metrostansiyasının qarşısından “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb. "Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb",- məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb:

"N.Vladimirovna “BakuBus” MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb".

“BakuBus” MMC bir daha bütün sürücüləri yol-hərəkət qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağa və qəza şəraiti yaratmamağa çağırır.

Son xəbərlər

Orphus sistemi