Mingəçevirdə elektrik enerjisinin verilməsində yaranmış problem həll edilib - YENİLƏNİB 

Mingəçevirdə elektrik enerjisinin verilməsində yaranmış problem həll edilib - YENİLƏNİB  Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
Hadisə
13 Aprel , 2023 08:32
Mingəçevirdə elektrik enerjisinin verilməsində yaranmış problem həll edilib - YENİLƏNİB 

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişi ilə bağlı yaranan problem aradan qaldırılıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, işıqsız qalan ərazilərdə elektrik enerjisinin verilməsi tam bərpa olunub.

Xatırladaq ki, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.

00:12

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Şəhər sakinləri bildirib ki, artıq bir saatdan çoxdur ki, elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyd olunub ki, həmin ərazilərə elektrik enerjisi ötürən xətdə qəza baş verib.

Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi