Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı

Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Hadisə
23 İyul , 2020 12:36
Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı
0 : 00
0 : 00

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana  aparılıb.

Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. 

Hazırda Y.Rəhimovun əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi