Mingəçevirdə qırmızı paltar geyinən uşağı öküz vurub

Mingəçevirdə qırmızı paltar geyinən uşağı öküz vurub Heyvanın buynuzu uşağın ağız nahiyəsini ciddi zədələyib
Hadisə
15 İyun , 2017 00:07
Mingəçevirdə qırmızı paltar geyinən uşağı öküz vurub

Bakı. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində azyaşlını öküz vurub.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb.

Həmin küçədə, bina, 16A, mənzil, 19-da yaşayan 2012-ci il təvəllüdlü Əliyev Məhəmməd Elnur oğlu həyətdə həmyaşıdları ilə oynayarkən iribuynuzlu heyvanın hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, uşağın qırmızı geyimindən qıcıqlanan inək buynuzu ilə körpənin ağzından vurub. Nəticədə buynuz uşağın üst damağını yarıb. Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılan uşaq, burada ilkin tibbi yardım göstərildikdən sonra təcili Bakıya göndərilib.

Qeyd edək ki, şəhərin bu hissəsində heyvan saxlanılmır. Bəzən Yevlaxın şəhərə yaxın ərazilərindən heyvanlar nəzarətsiz şəkildə Mingəçevir ərazisinə gəlir.

Son xəbərlər

Orphus sistemi