Mingəçevirdə polis əməkdaşı yol qəzasına düşüb

Mingəçevirdə polis əməkdaşı yol qəzasına düşüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
5 May , 2017 12:19
Mingəçevirdə polis əməkdaşı yol qəzasına düşüb

Mingəçevir. 5 may. REPORT.AZ/ Mingəçevir şəhərində polis əməkdaşı yol qəzasına düşüb.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev küçəsində baş verib.

Belə ki, “VAZ-21099” markalı avtomobilin sürücüsü idarəetməni itirərək Tural Cəmil oğlu Kazımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Nəticədə T.Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, T.Kazımov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşıdır. O, qəzanın baş verdiyi ərazidə piyadaların hərəkətini təmin etmək üzrə xidmət aparır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi