Mingəçevirdə oğurluq edən şəxs saxlanıldı

Mingəçevirdə oğurluq edən şəxs saxlanıldı Mingəçevirdə mağazadan oğurluq olub.
Hadisə
11 İyun , 2020 09:37
Mingəçevirdə oğurluq edən şəxs saxlanıldı

Mingəçevirdə mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) daxil olmuş müraciət əsasında əməliyyat keçirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuk oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb. 

Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi