Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb

Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynalıması aşkarlanıb.
Hadisə
25 Aprel , 2023 15:48
Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb

Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib.

O deyib ki, şəhər ərazisində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb: "Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb".

DİN rəsmisinin sözlərinə görə, valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi