Mingəçevirdə avtomobil qəzası baş verib, xəsarət alan var

Mingəçevirdə avtomobil qəzası baş verib, xəsarət alan var Mingəçevir şəhərinin girişində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
15 Oktyabr , 2019 01:01
Mingəçevirdə avtomobil qəzası baş verib, xəsarət alan var

Mingəçevir şəhərinin girişində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, şərti olaraq "Ala qapı" adlanan ərazidə hərəkətdə olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq qəzaya uğrayıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi