Mingəçevirdə ağır yol qəzası nəticəsində 5 nəfər yaralanıb

Mingəçevirdə ağır yol qəzası nəticəsində 5 nəfər yaralanıb Yaralılardan üçü kişi, ikisi isə qadındır
Hadisə
18 May , 2018 01:00
Mingəçevirdə ağır yol qəzası nəticəsində 5 nəfər yaralanıb

Mingəçevir. 18 may. REPORT.AZ/ Axşam saatlarında Mingəçevir şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, “Lada Priora” markalı avtomobil şəhərin M.Maqomayev prospektindəki işıqforlardan birinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan “VAZ-21 06”ya çırpılaraq aşıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və “Prirora”da olan 3 sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı yaralanan 5 nəfərdən 3-ü kişi, 2-si isə qadındır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi